Səbail rayonu ərazisində Qəbələ rayon sakini olan bir nəfərin içərisində mobil telefonu, qulaqcıq, bank kartları olan çantasının və bank kartındakı hesabından 83 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.