Saatlı şəhər sakini E.İsmayılovu qəsdən öldürməkdə şübhəli bilinən K.Nərimanzadə saxlanılaraq istintaqa təhvil verilib

03.06.2023

İyunun 4-də saat 1 radələrində E.İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə Saatlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla K.Nərimanzadənin E.İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
K.Nərimanzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Ən son press-relizlər