Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub

02.06.2023

İyunun 2-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Ən son press-relizlər