Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub

23.03.2023

Martın 23-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

  • Axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    
  • Narkotiklərlə 8 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Ən son press-relizlər