Mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini F.Qəribov saxlanılıb

22.03.2023

Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini F.Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.  
Araşdırma aparılır.

Ən son press-relizlər