Martın 23-də saat 9 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində kənd sakini E.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Sürücü və sərnişini Ağsu şəhər sakini Arif Əliyev xəstəxanaya yerləşdiriliblər. A.Əliyev orada ölüb.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.