Paytaxt sakini R.Qaziyevdən narkotik vasitələr aşkar edilərək götürülüb

23.03.2023

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qaziyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. 
Araşdırmalarla onun müxtəlif vaxtlarda 1 ev, 1 həyətyanı sahə və 1 yardımçı təsərrüfatdan 370 manat dəyərində təmir alətləri,  730 manat dəyərində məişət və geyim əşyaları və su mühərriki oğurlaması da müəyyən olunub.

Ən son press-relizlər