Nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən Sabunçu rayonunun Zabrat qəsəbə sakini  M.Kazımov müəyyən edilərək saxlanılıb

23.03.2023

Martın 22-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindən ayrı-ayrı şəxslərə məxsus 2 “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini  M.Kazımov müəyyən edilərək saxlanılıb.

Ən son press-relizlər