Xırdalan şəhər sakini olan bir qadının bank hesabından 2000 manatını oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini E.Məmmədov saxlanılıb

16.03.2023

Xırdalan şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Hökməli qəsəbə sakini E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər