Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini O.İskəndərov saxlanılıb

16.03.2023

Martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. 
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş O.İskəndərov müəyyən olunaraq saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən son press-relizlər