Binəqədi rayonu ərazisində bir avtomobilə əyləşərək sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Bədəlov saxlanılıb

16.03.2023

Martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücüsünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini A.Bədəlov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər