Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub

15.03.2023

Martın 15-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 59 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Ən son press-relizlər