Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən N.Quliyev və Q.Bayramov saxlanılıblar

15.03.2023

Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar N.Quliyev və Q.Bayramov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Ən son press-relizlər