Yardımlı şəhəri ərazisində “Opel” markalı avtomobil dərəyə aşıb
15.03.2023
Martın 15-də saat 20 radələrində Yardımlı şəhəri ərazisində rayon sakini C.Əliyev idarə etdiyi “Opel” markalı avtomobili dərəyə aşırıb. Nəticədə avtomobildəki sərnişin N.İmanov hadisə yerində ölüb. Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.