Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq etməkdə şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov saxlanılıb

14.03.2023

Martın 11-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən otellərin birindən 1770 manat dəyərində 2 ədəd güldan, suvenir əşya və təmir alətinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər