Yasamal rayonu Kənar Dairəvi yolunda “KİA” markalı avtomobil yolun kənarındakı dəmir maneəyə çırpılıb

14.03.2023

Martın 14-də saat 7 radələrində Yasamal rayonu Kənar Dairəvi yolunda  Bakı şəhər sakini N.Seyidov idarə etdiyi “KİA” markalı avtomobili yolun kənarındakı dəmir maneəyə vurub. Nəticədə avtomobildəki sərnişin S.Maqerramova hadisə yerində ölüb. 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ən son press-relizlər