Gəncə şəhəri ərazisindəki mənzillərin birində münaqişə zəminində həyat yoldaşı Y.Hümbətovanı öldürməkdə şübhəli bilinən E.Quliyev Hacıqabul rayonu ərazisində tutularaq istintaqa təhvil verilib

13.03.2023

Gəncə ŞBPİ-nin 4-cü Polis Bölməsinə martın 13-də saat 11 radələrində şəhər ərazisindəki mənzillərin birində Tovuz rayon sakini Y.Hümbətovanın öldürülməsi barədə məlumat daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş E.Quliyevin kirayədə yaşadığı mənzildə münaqişə zəminində həyat yoldaşı Y.Hümbətovanı bıçaqla vurub öldürərək hadisə yerini tərk etməsinə əsaslı şübhələr müəyyən olunub. 
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev Hacıqabul rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Ən son press-relizlər