Astara rayonunun Maşxan kəndində G.Qəhrəmanovanı münaqişə zəminində bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı Y.Verdiyev tutularaq istintaqa təhvil verilib

13.03.2023

Martın 13-də saat 11 radələrində Astara rayonunun Maşxan kəndində G.Qəhrəmanovanın öldürülməsi barədə polisə məlumat daxil olub. 
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qadının keçmiş həyat yoldaşı, Gəncə şəhər sakini Y.Verdiyevin  münaqişə zəminində ona bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Verdiyev Gəncə şəhəri ərazisində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Ən son press-relizlər