Bakı şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini E.Sultanov saxlanılıb

13.03.2023

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 10-da Bakı şəhər sakini olan bir qadının bank hesabından 397 manatını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər