Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində “Mercedes” markalı avtomobil qarşıda gedən “Mitsubishi” markalı avtomobilə çırpılıb

13.03.2023

Martın 13-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində Mingəçevir şəhər sakini A.Rəşidov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini E.Yaqubəliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobilə vurub, sonradan “Mitsubishi” markalı avtomobil aşıb. Nəticədə E.Yaqubəliyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ən son press-relizlər