Ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

12.03.2023

Polis əməkdaşlarının martın 11-də və 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,2 kiloqrama yaxın heroin, 2,7 kiloqramdan artıq marixuana, 815 qramdan çox metamfetamin olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ən son press-relizlər