Masallı rayonu ərazisində idarə etdiyi avtomobildə saxlanılan İsmayıllı rayon sakini C.Əkbərovun narkotik vasitənin təsiri altında olması aşkar edilib

12.03.2023

Martın 12-də saat 1 radələrində İsmayıllı rayon sakini C.Əkbərovun idarə etdiyi "Hyundai " markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində yerləşən YPX postunda nəzarət qaydasında saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib və narkotik vasitənin təsiri altında olması aşkar edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə əsasən protokol tərtib olunub. 
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 2 kiloqram 850 qram heroin və 700 qram metamfetamin aşkar olunaraq götürülüb. 
Araşdırma aparılır. 

Ən son press-relizlər