Ümumi çəkisi 15,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

10.03.2023

Polis əməkdaşlarının martın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 14,2 kiloqrama yaxın marixuana, 800 qramdan artıq heroin, 280 qramdan çox metamfetamin olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

Ən son press-relizlər