Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində sürücüyə qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Qasımov saxlanılıb

10.03.2023

Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş T.Qasımov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.

Ən son press-relizlər