Sumqayıt şəhər sakini Q.Cəfərovun pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini Z.Kazımov saxlanılıb

10.03.2023

Martın 7-də Sumqayıt şəhəri ərazisində şəhər sakini Q.Cəfərovun 327 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.  
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Kazımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər