Naftalan şəhərində 3 vətəndaşın bank hesablarından pullarını oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini A.Əhmədli saxlanılıb

10.03.2023

Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 vətəndaşın bank hesablarından ümumilikdə 1500 manat pullarını oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini A.Əhmədli müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha 3 nəfərin bank hesablarından 3080 manat pul vəsaitlərini oğurlaması da məlum olub. 
Araşdırmalar aparılır. 

Ən son press-relizlər