Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Fərəczadə saxlanılıb

07.03.2023

Martın 7-nə keçən gecə Nəsimi rayonu ərazisindən İsmayıllı rayon sakini C.İsmayılzadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Nəsimi  RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə müəyyən olunaraq saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən son press-relizlər