Ümumi çəkisi 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

06.03.2023

Polis əməkdaşlarının martın 6-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,2 kiloqrama yaxın heroin, 66,5 kiloqrama yaxın marixuana, 13,6 kiloqramdan çox tiryək olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ən son press-relizlər