Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub

06.03.2023

Martın 6-da saat 12 radələrində Binəqədi rayonu ərazisində yerləşən Daş Bazarı Dairəsində manevr qaydalarını pozan “Audi” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  
Sürücüsü, Bakı şəhər sakini İlyas Elyazovun narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci və 333.2-ci maddəsi ilə protokol tərtib olunub.  
Binəqədi rayon məhkəməsinin qərarı ilə İ.Elyazov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 gün müddətində inzibati qaydada həbs olunub. 

Ən son press-relizlər