Ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

03.02.2023

Polis əməkdaşlarının fevralın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,8 kiloqrama yaxın heroin, 15 kiloqrama yaxın marixuana, həmçinin 4,6 kiloqramdan çox metamfetamin olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ən son press-relizlər