Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Hüseynov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb

03.02.2023

Fevralın 3-də saat 22 radələrində Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Ən son press-relizlər