Yasamal rayonu ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov saxlanılıb

03.02.2023

Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ən son press-relizlər