Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini D.Kərimli saxlanılıb

03.02.2023

Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub. 
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş D.Kərimli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər