Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Z.Musayev müəyyən olunaraq saxlanılıb

24.01.2023

Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər