Ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

22.01.2023

Polis əməkdaşlarının yanvarın 21-də və 22-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqramdan çox heroin, 7,2 kiloqrama yaxın  marixuana, həmçinin 65 qramdan çox metamfetamin olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ən son press-relizlər