Saatlı şəhəri ərazisində yerləşən avtomobillərin təmiri sexində “VAZ-2107” markalı avtomobillə iki nəfər vurulub

22.01.2023

Yanvarın 22-də saat 15 radələrində Saatlı şəhəri ərazisində yerləşən avtomobillərin təmiri sexində şəhər sakini S.Babayev sərxoş halda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə M.Qənbərovu və M.Xankişiyevi vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, M.Xankişiyev isə xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.  

Ən son press-relizlər