Goranboy rayonunun Alpoud kəndində rayon sakini T.Əliyevə məxsus plastik su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini İ.Məmmədov saxlanılıb

22.01.2023

Goranboy rayonunun Alpoud kəndində rayon sakini T.Əliyevə məxsus əkin sahəsindən 1200 metr plastik su borularının oğurlanması barədə polisə məlumat daxil olub.  
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini İ.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

Ən son press-relizlər