Xızı rayonunda saxlanılan Giləzi qəsəbə sakini P.Zeynalovun evindən 1 kiloqram 100 qramdan artıq heroin götürülüb

22.01.2023

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş P.Zeynalovdan 1 qramdan artıq heroin və 2 ədəd yüksək təsiredici xassəyə malik həb, evinə baxış zamanı isə 1 kiloqram 100 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Ən son press-relizlər