Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub

22.01.2023

Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 15, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Ən son press-relizlər