Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub

21.01.2023

Yanvarın 21-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Ən son press-relizlər