Xırdalan şəhər sakini İ.İbadovu öldürməkdə şübhəli bilinən atası E.İbadov tutularaq istintaqa təhvil verilib

19.06.2022

Abşeron Rayon Polis İdarəsinə iyunun 19-da saat 22 radələrində Xırdalan şəhərindəki evlərin birində şəhər sakini, 35 yaşlı İlkin İbadovun öldürülməsi barədə məlumat daxil olub.  
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 
Aparılan araşdırmalarla atası E.İbadovun yaşadıqları evdə münaqişə zəminində oğluna bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
E.İbadov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ən son press-relizlər