Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Z.Ərzimanov, N.Məmmədov, Lənkəran rayon sakini M.Nəzərli və Abşeron rayon sakini Ə.Məmmədov müəyyən edilərək saxlanılmışlar

20.05.2022

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindəki evlərin birindən 400 manat, 400 ABŞ dolları, 1620 manat dəyərində 4 ədəd qol saatı, çanta və 2 ədəd kassa aparatının oğurlanması barədə müraciət daxil olmuşdur. 
Polis  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Z.Ərzimanov, N.Məmmədov, Lənkəran rayon sakini M.Nəzərli və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən edilərək saxlanılmışlar. 
Araşdırma aparılır. 

Ən son press-relizlər