Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər Kriminal xronika Məlumatlar
Gün ərzində 107 cinayət faktı qeydə alınmışdır
16 iyul 2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır. 

  • Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev saxlanılmışdır
16 iyul 2018

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Ziyadxan Əliyevin içərisində 800 manat, qızıl saat, gümüş dəsti və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev saxlanılmışdır.

Nardaran qəsəbə sakini Cahangir Hüseynovun idarə etdiyi avtomobildən 1 ədəd xəncər götürülmüşdür
16 iyul 2018

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Cahangir Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildən 1 ədəd xəncər götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Samir Əhmədov saxlanılmışdır
16 iyul 2018

Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da rayon ərazisindəki evlərin birindən 570 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Samir Əhmədov saxlanılmışdır.

Şamaxı rayonunun Quşçu kənd sakini Vaqif Quliyevdən və onun oğlu Fəriddən isə müvafiq sənədləri olmayan ov tüfəngləri götürülmüşdür
16 iyul 2018

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quşçu kənd sakini Vaqif Quliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı, onun oğlu Fəriddən isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngləri götürülmüşdür.

Kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
16 iyul 2018

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Karrar kənd sakini Rauf İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə  kolu aşkar edilərək götürülmüşdür.

İmişli rayonunun Xəlfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16 iyul 2018

İyulun 16-da saat 21 radələrində İmişli rayonunun Xəlfəli kəndi ərazisində Əfqan Hacıyev idarə etdiyi “Priora” markalı avtomobillə yola çıxmış camışı vurmuşdur. Nəticədə Ə.Hacıyevin sərnişini - bacısı Beyləqan rayon sakini Sevil Hacıyeva hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.





Çap et  Çap et