Etik davranış üzrə illik hesabat


Etik davranış məsələləri ilə bağlı 2022-ci il üzrə hesabat

Daxili işlər orqanlarının əməkdaşları ilə etik davranış məsələlərinə həsr olunmuş tədbirlər ötən il də nəzarətdə saxlanılmaqla davam etdirilmişdir.

Qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində funksiyalar ardıcıllıqla həyata keçirilmiş, müvafiq məsələlər üzrə orqan və hissələrə istiqamətləndirici əmr və göstərişlər verilmişdir. Nazirlik sistemində keçirilən peşə hazırlığı məşğələlərində etik davranış qaydalarına dair mövzular tədris olunmuş, rəhbər vəzifəli şəxslər üçün virtual-seminar məşğələlər keçirilmiş, əməkdaşlar ölkədə və xarici dövlətlərdə təşkil olunan müvafiq tədbirlərdə iştirak etmişdir. Etik davranış qaydalarına riayət olunması sahəsində   qarşıda duran vəzifələr bayır xidmətinin şəxsi heyəti ilə keçirilən onlayn təlimlərdə də ətraflı diqqətə çatdırılmış, habelə təhsil-tədris proqramları əsasında Polis Akademiyasının kursantlarına korrupsiyaya qarşı mübarizə və etik davranış mövzusu xüsusi fənn kimi tədris olunmuşdur.

Daxili nəzarət tədbirləri çərçivəsində etik davranış qaydalarının pozulmasına görə 186 əməkdaşa intizam tənbehi verilmişdir. Onlardan 23-ü daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, 22-i tutduğu vəzifədən azad edilmiş,  141-i barəsində digər məsuliyyət tədbirləri görülmüşdür.

Müvafiq sahədə tədbirlər davam etdirilir. 

 


Etik davranış məsələləri ilə bağlı 2021-ci il üzrə hesabat

Daxili işlər orqanlarının əməkdaşları ilə etik davranış məsələlərinə həsr olunmuş tədbirlər ötən il ölkədə tətbiq olunan karantin rejimi, ondan irəli gələn məhdudiyyət tədbirləri və əlavə vəzifələr nəzərə alınmaqla davam etdirilmişdir.

Qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində funksiyalar ardıcıllıqla həyata keçirilmiş, müvafiq məsələlər üzrə orqan və hissələrə istiqamətləndirici əmr və göstərişlər verilmişdir. Nazirlik sistemində keçirilən peşə hazırlığı məşğələlərində etik davranış qaydalarına dair mövzular tədris olunmuş, rəhbər vəzifəli şəxslər üçün virtual-seminar məşğələlər keçirilmiş, əməkdaşlar ölkədə və xarici dövlətlərdə təşkil olunan müvafiq tədbirlərdə iştirak etmişdir. Etik davranış qaydalarına riayət olunması sahəsində qarşıda duran vəzifələr bayır xidmətinin şəxsi heyəti ilə keçirilən onlayn təlimlərdə də ətraflı diqqətə çatdırılmış, habelə təhsil-tədris proqramları əsasında Polis Akademiyasının kursantlarına korrupsiyaya qarşı mübarizə və etik davranış mövzusu xüsusi fənn kimi tədris olunmuşdur.

Daxili nəzarət tədbirləri çərçivəsində etik davranış qaydalarının pozulmasına görə 168 əməkdaşa intizam tənbehi verilmişdir. Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, 21-i tutduğu vəzifədən azad edilmiş, 117-i barəsində digər məsuliyyət tədbirləri görülmüşdür.

Müvafiq sahədə tədbirlər davam etdirilir.




Etik davranış məsələləri ilə bağlı 2020-ci il üzrə hesabat

Daxili işlər orqanlarının əməkdaşları ilə etik davranış məsələlərinə həsr olunmuş tədbirlər ötən il ölkədə tətbiq olunan karantin rejiminə, ondan irəli gələn məhdudiyyət tədbirlərinə və əlavə vəzifələrə baxmayaraq davam etdirilmişdir. 

Qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində funksiyalar ardıcıllıqla həyata keçirilmiş, müvafiq məsələlər üzrə orqan və hissələrə istiqamətləndirici əmr və göstərişlər verilmişdir. Nazirlik sistemində keçirilən peşə hazırlığı məşğələlərində etik davranış qaydalarına dair mövzular tədris olunmuş, rəhbər vəzifəli şəxslər üçün virtual-seminar məşğələlər keçirilmiş, əməkdaşlar ölkədə və xarici dövlətlərdə təşkil olunan əlaqədar tədbirlərdə iştirak etmişdir. Etik davranış qaydalarına riayət olunması sahəsində qarşıda duran vəzifələr bayır xidmətinin şəxsi heyəti ilə keçirilən onlayn təlimlərdə ətraflı nəzərə çatdırılmış, habelə Polis Akademiyasının kursantları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramları əsasında xüsusi fənlər tədris olunmuşdur. 

Həyata keçirilmiş bu və digər qabaqlayıcı tədbirlər nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarının pozulması faktları 2,3 dəfə azalmışdır. Bununla yanaşı, daxili nəzarət tədbirləri çərçivəsində görülmüş işlərlə etik davranış qaydalarının pozulmasına görə 155 əməkdaşa intizam tənbehi verilmişdir. Onlardan 22-i daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, 16-ı tutduğu vəzifədən azad edilmiş, 117-i barəsində digər məsuliyyət tədbirləri görülmüşdür. 

Müvafiq sahədə tədbirlər cari ildə də davam etdirilir. 

Geriyə qayıt Çap et