Elektron xidmətlər kabineti
Daxili İşlər Nazirliyinin "E-xidmətlər kabineti" sizə nazirlin səlahiyyətinə aid olan bir sıra dövlət xidmətlərindən elektron qaydada yararlanmaq imkanı verir. Bu xidmətlərə aşağıdakılar aiddir:
- Məhkumluq haqqında arayış
- Ümumvətəndaş pasportunun dəyişdirilməsi
- Nəqliyyat vasitələrinin ilkin qeydiyyata alınması
- Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu
- Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi
- Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
- Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi
- Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
- Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu
- İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
- Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi
- Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi
- Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi)
- Uşaq bağçalarına yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
- Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu
- Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu
- Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu
- Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu
- Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu
- Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
Şəxsi kabinetiniz sizə həm bir sıra xidmətlərə onlayn qaydada müraciət etməyə, həm də müraciətlərinizi izləmək imkanı verir.
"E-xidmətlər kabinetindən" yararlanmaq üçün ilk olaraq siz e-xidmet.mia.gov.az saytında qeydiyyatdan keçməlisiniz. Bunun üçün şəxsiyyət vəsiqənizin FİN kodu, həmçinin mobil nömrənizin olması tələb olunur.
Hesabınıza daxil olduqdan sonra siz e-xidmətlərlə yanaşı nəqliyyat vasitələri, etibarnamələriniz haqqında da məlumumat əldə edə, cərimələrinizi yoxlaya bilərsiniz.
E-xidmətlərdən faydalanmaq üçün aşağıdakı linkə daxil olun: e-xidmet.mia.gov.az
Geriyə qayıt
Çap et