DİN Növbətçi Hissələri İdarəetmə Xilmətinin və daxili işlər orqanları növbətçi hissələrinin məsul növbətçiləri törədildiyi yerdən və nəticələrindən asılı olmayaraq, hadisələr və hüquqpozmalar haqqında vətəndaşlardan, müəssisə, idarə və təşkilatların vəzifəli şəxslərindən, ictimai təşkilatların nümayəndələrindən yazılı və şifahi formada ərizə və məlumatların qəbulunu təmin edirlər.
Məsul növbətçi - cinayətlər, hadisələr haqqında məlumat aldıqdan dərhal sonra cinayətin açılması, zərərçəkənlərə köməklik göstərilməsi, hüquq pozuntusunun qarşısının alınması, qiymətli əşyaların saxlanılmasının təmin edilməsi və s. (məlumatın məzmunundan asılı olaraq) üçün hadisə yerinə təcili əməliyyat-istintaq qrupunu göndərməlidir.
Vətəndaş ərizə ilə müraciət edərkən məsul növbətçi onu diqqətlə dinləməli, cinayətlər, hadisələr və digər hüquqpozmaların baş vermə vaxtını, yerini, üsulunu və digər hallarını aydınlaşdırmalı, ərizəni qəbul etməli və ərizəçiyə qəbz verməlidir. Ərizə hüquqpozma ilə bağlı, yaxud daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadıqda məsul növbətçi bu barədə hara müraciət etməli olduğunu ərizəçiyə izah edir.
Cinayət və hadisələr barədə məlumatlar onların baş vermə yerindən və vaxtından, habelə məlumatların dolğunluğundan asılı olmayaraq daxili işlər orqanlarının növbətçiləri, onların köməkçiləri tərəfindən bütün gün ərzində qəbul olunur.
İnzibati xəta törətdiklərinə görə tutulmuş şəxslər polisdə üç saatdan çox, barəsində inzibati həbs tənbeh növünün tətbiqi nəzərdə tutulan inzibati xəta törətmiş şəxsin tutlması 24 saatdan çox, cinayət işi və ya araşdırma ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş şəxs 48 saatdan çox saxlanıla bilməz.
Daxili işlər orqanlarının növbətçi hissələrinə tutulmuş şəxslər gətirilərkən məsul növbətçilər aşağıdakıları təmin etməlidir:
Hər bir vətəndaş sutkanın istənilən vaxtında hüquqlarının pozulması və digər məsələlərlə əlaqədar «102» xidmətinə və aidiyyəti polis orqanının növbətçi hissəsinə müraciət edə bilər.
Geriyə qayıt