İctimai Şura
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və daxili işlər orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. DİN yanında İctimai Şuranın daxili işlər orqanlarının fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla 15 üzvdən ibarət tərkibdə olması müəyyən edilmişdir. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə tam şəffaf şəraitdə keçirilən seçkilərdə İctimai Şuraya üzvlər seçilmişdirlər.
Hal-hazırda DİN yanında İctimai Şura qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin təşkili və s. sahədə fəaliyyət göstərir.
İctimai Şuranın 2022-ci il ərzində fəaliyyəti barədə hesabat
Qeyd: İctimai Şura 2 illik müddətə seçilir. 2021-ci ildə seçkilər 3 iyun, təkrar seçkilər isə 7 iyun tarixində keçirilmişdir. İctimai Şuraya növbəti seçkilər 2023-cü ildə keçiriləcəkdir. Bu haqda elan saytımızda yerləşdiriləcək.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili və keçirilməsi üzrə seçki komissiyasının tərkibi ilə buradan tanış ola bilərsiniz.
İctimai Şuranın tərkibi
- 1. Abdullayeva Mehriban Əli qızı
Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB sədri
- 2. Adilov Nadir Adil oğlu
Avrasiya Hüquqşünaslar Assosiasiyası” İB sədri
- 3. Becanov Rəfail Zəkəriyyə oğlu
İnsan Hüquqları və Maarifçilik” İB sədri
- 4. Cəfərova Mətanət Əsgər qızı
Əsgər Ailələrinə Dəstək” İB sədri
- 5. Əmirhüseynova Mahirə İmanqulu qızı
XXI Əsrin Qadınları” ictimai birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri
- 6. Kazımov Xalid Vahid oğlu
Regional İnsan Hüquqları və Media Mərkəzi” İB sədri
- 7. Məmmədova Sevda Daşdəmir qızı
Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədr müavini
- 8. Muradov Elməddin Nadir oğlu
Jurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri və “Avtosfer.az” saytının təsisçisi
- 9. Nurməmmədov Araz Mayıl oğlu
Gender Bərabərliyi” İB idarə heyətinin üzvü
- 10. Nuriyev Əliməmməd Mali oğlu
Konstitusiya” Araşdırmalar fondunun prezidenti
- 11. Salmanov Elçin Fikrət oğlu
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İB sədri
- 12. Səfərova Gülayə İsmayıl qızı
Ailə Dünyası” Ailələrə hüquqi yardım İB sədri
- 13. Şahsuvarov Taleh Novruz oğlu
Sosial İnformasiya Agentliyi” MMC-nin təsisçisi və direktoru, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru
- 14. Zeynalova Mehriban Heydərəli qızı
Təmiz Dünya” Qadınlara Yardım İB sədri
- 15. Zeyni Rauf Xurşud oğlu
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezident
Geriyə qayıt
Çap et