Apellyasiya Şurasının 2019-cu il 20 may tarixli iclası

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 49 mənzil 12; Gəncə şəhəri Atatürk prospekti ev 120 mənzil 27; Gəncə şəhəri Təbriz küçəsi 5-ci döngə 46 “A” ünvanlarında yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından əsassız imtina olunması barədə şikayətinə Daxili İşlər Nazirliyinin Apellyasiya Şurasınn 2019-cu il 20 may tarixli iclasında baxılmışdır.
Şikayətdə əksini tapmış məsələlər tam, hərtərəfli və obyektiv araşdırılaraq ətraflı müzakirə edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.2-ci bəndinə əsasən qismən təmin edilməsi barədə qərar qəbul olunmuşdur. Müraciətə baxılmasının nəticələri və qərardan şikayət verilməsi qaydası barədə “Yapı Kredi Bank Azərbaycan” QSC rəsmi məlumatlandırılmışdır.
Geriyə qayıt Çap et