2017-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat

2017-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə təlim-tərbiyə ocaqlarında 80 minə yaxın məktəblinin cəlb edildiyi 2000 görüş, müzakirə və yığıncaqlar keçirilmiş, “Erkən nikah”, “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları”, “Yetkinlik yaşına çatmayanların zorakılığa məruz qalmalarının qarşısının alınması”, “Narkotik və ağ ölüm” və s. mövzularda çıxış və məruzələr edilmiş, uşaqları maraqlandıran suallar cavablandırılmışdır. 

Eyni zamanda Dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində aparılan maarifləndirmə işləri davam etdirilmiş, İctimai Şura üzvləri ilə birgə Bakı şəhərinin Nəsimi, Xəzər, Nizami, respublikanın Ağstafa, Qusar, Yevlax, Zaqatala, Göygöl, Göyçay, Lənkəran, Salyan, Zərdab şəhər, rayonlarında dövlət orqanlarının və 2600-dən çox ictimaiyyətin nümayəndələrinin iştirakı ilə zonalar üzrə konfranslar keçirilmişdir.
Konfranslarda “Dini ekstremizmin mahiyyəti”, “Dini ekstremizmin ictimai və mənəvi dəyərlərə təhlükəsi”, “Dini və multikultural təhlükəsizlik” və s. mövzularda məruzələr və çıxışlar edilmişdir.

                                                                                                                 
                                                                                                                  Baş İctimai Təhlükəsizlik İdarəsi 
Geriyə qayıt Çap et