Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Vakant olan 2 inspektor və 1 inspektor-tərcüməçi vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə


İnspektor (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrini beynəlxalq hüquq və  beynəlxalq münasibətlər ixtisası üzrə bitirmiş, ixtisası üzrə əmək stajına malik olmalıdır);
İnspektor-tərcüməçi (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssisələrini tərcüməçi (sinxron-ingilis dili) ixtisası üzrə bitirmiş, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik olmalıdır);   
     
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər. 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin may ayının 23-dən iyun ayının 23-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi; 
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün). 

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanuvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:            (012)-590-97-52; (012)-590-93-27.


Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi və Beynəlxalq Əməkdaşlıq İdarəsi




Çap et  Çap et